dini radikalizm və ekstremizmlə mübarizə

Xəzər Universitetinin nümayəndə heyətinin Koç Universitetinə səfəri


2026-cı il aprelin 16-da Xəzər Universitetinin nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Koç Universitetinə işgüzar səfər həyata keçirib.

Səfərdə Xəzər Universitetinin Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin dekanı Dr. Günel Bahəddinova, Təbiət Elmləri və Mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva iştirak ediblər.

Səfər çərçivəsində Koç Universitetində keçirilən görüşlərdə akademik və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları, birgə proqramların inkişafı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşlərdə Koç Universitetini təmsil edən Beynəlmiləlləşmə üzrə akademik direktor Prof. Tilbe Göksun, Mühəndislik Kollecinin dekan müavini Prof. Didem Unat, Elmlər Kollecinin dekan müavini Assoc. Prof. Umut Aydemir, Sosial və Humanitar Elmlər üzrə Magistratura Məktəbinin direktor müavini Assoc. Prof. Gizem Erdem Gürel iştirak ediblər.

Eyni zamanda, Beynəlxalq Proqramlar Ofisinin direktoru Ms. Burcu Sarsılmaz, Tələbə Qəbulu Ofisinin direktoru Ms. Başak Yalman və beynəlxalq tərəfdaşlıqların inkişafı üzrə koordinator Ms. Cansu Ozsahin də görüşlərə qatılaraq əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüşlərin sonunda tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri, tələbə və müəllim mübadiləsi, eləcə də birgə akademik təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.

Oxunub: 25
Oxşar xəbərlər
SON XƏBƏRLƏR