dini radikalizm və ekstremizmlə mübarizə

Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək

Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək

Azərbaycan bu il avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda keçiriləcək VI Ümumdünya Köçəri Oyunlarında iştirakını təsdiqləyib.

Bu barədə "Report"a Qırğızıstanın mədəniyyət naziri Mirbek Mambetaliyev bildirib.

O qeyd edib ki, bu gün Bakıda VI Ümumdünya Köçəri Oyunlarının təqdimatı keçirilib: "Bu il Qırğızıstan 6-cı Köçəri Oyunlarına ev sahibliyi edəcək. Oyunların açılışı Bişkek şəhərində olacaq. Oyunlar İssık-Kul gölündə keçiriləcək".

"Azərbaycan tərəfi öz iştirakını təsdiqləyib. Biz Azərbaycandan olan həmkarlarımızın həm idman yarışlarında, həm də mədəni və elmi proqramlarda iştirakını gözləyirik", - nazir bildirib.

Onun sözlərinə görə, Qırğızıstanla Azərbaycan arasında mədəni-humanitar əməkdaşlıq iki ölkə prezidentləri - Sadır Japarov və İlham Əliyevin dəstəyi ilə dinamik şəkildə inkişaf edir.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR