dini radikalizm və ekstremizmlə mübarizə

“Kişi xəyanətinin görünməyən səbəbləri”


Klinik psixoloq Fəridə Musavi: Xəyanət sevgisizlikdən edilmir

Xəyanət sadəcə “başqasını tapmaq” deyil, çox vaxt daxili bir boşluğu doldurmaq cəhdidir. Psixologiyada bunun ən çox rast gəlinən səbəbləri bunlardır:
1. “Təsdiq olunma” ehtiyacı: Bir çox kişi üçün xəyanət cinsi arzudan çox, “mən hələ də bəyənilirəm”, “mən hələ də güclüyəm” mesajını özünə sübut etməkdir. Bu, adətən aşağı özgüvənin kompensasiyasıdır.

2. Emosional qopuqluq: Münasibətdə özünü “eşidilməyən” və ya sadəcə “maddi təminatçı” kimi hiss edən kişi, emosional yaxınlığı kənarda axtarmağa başlayır.

3. Yaxınlıq qorxusu (İntimofobiya): Münasibət çox ciddiləşəndə və ya emosional bağlılıq artanda, bəzi kişilər “boğulma” hissindən qaçmaq üçün xəyanət vasitəsilə araya məsafə qoyurlar.

4. “Yeni mən” axtarışı: Məşhur psixoterapevt Ester Perel dediyi kimi: “Xəyanət edən şəxs başqa birini deyil, özünün başqa bir versiyasını axtarır.” O, evdəki “məsuliyyətli ata/ər” rolundan çıxıb, unudulmuş həyəcanlarını tapmaq istəyir.

Xəyanət - bağışlanması ən çətin olan travmalardan biridir. Amma bir həqiqəti qəbul etmək lazımdır: Xəyanət, xəyanətə uğrayanın çatışmazlığı deyil, xəyanət edənin daxili seçimidir.
Bir çox insan düşünür ki, kişi evdə tapmadığını çöldə axtarır. Amma maraqlıdır ki, araşdırmalar xəyanət edən kişilərin böyük bir qisminin əslində partnyorunu sevdiyini və münasibətini bitirmək istəmədiyini göstərir.
Təcrübələrimə əsaslanaraq deyə bilərəmki çox hallarda anasında travmalı olan kişilər, səbəbsiz qısa sürən bəlkədə cəmi bir görüşlük münasibətə dayanan xəyanətlər edirlər.
Ana ilə oğlan arasında emosional bağ olduğundan anada, ananın az sevgisi ve ya ananın xəyanətinə şahid olan oğlan uşaqları bu travmanı iradi olmayan xəyanətlə yaşayırlar.

Oxunub: 14
Oxşar xəbərlər
SON XƏBƏRLƏR