dini radikalizm və ekstremizmlə mübarizə

Əli Əsədov Fuat Oktayla görüşdü

Əli Əsədov Fuat Oktayla görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasının əhəmiyyəti vurğulanıb.

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, xüsusilə parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsi təqdir edilib.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR