dini radikalizm və ekstremizmlə mübarizə

"Dəyərlər işığında" layihəsinin “Fərqli Səslərin Ahəngi” adlı poeziya görüşü keçirildi.

"Dəyərlər işığında" layihəsinin “Fərqli Səslərin Ahəngi” adlı poeziya görüşü keçirildi.

25.01.2026 tarixində RƏHA Tədris Mərkəzinin və Avropa Azərbaycan Məktəbinin əsas təşkilatçılığı ilə “Dəyərlər işığında” layihəsinin “Fərqli Səslərin Ahəngi” adlı poeziya görüşü uğurla baş tutdu. Tədbir şəhidlərin xatirəsinin anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbirin aparıcıları Sünay Əhmədzadə və Ayxan Quluzadə qonaqları salamlayaraq bu inklüziv tədbirin sözün dəyərinə, dəyərlərin poeziya ilə ifadəsinə həsr edildiyini vurğuladılar. Açılış nitqi ilə RƏHA Tədris Mərkəzinin təsisçisi və rəhbəri pedaqoq, təhsil mütəxəssisi İlhamə Axundova fəaliyyətlərində dövlətin gənclər siyasətinə dəstək olaraq gənclər üçün həyata keçirdikləri layihələrdən danışdı. “Dəyərlər işığında” layihəsinin təşəbbüskarı və rəhbəri, inklüziv təhsil mütəxəssisi Zivər Xanlarova çıxışında layihənin məqsədinin inklüzivliyin əsası olan ümumbəşəri dəyərləri və xalqımızın milli-mənəvi dəyərlərini yaşatmaq olduğunu və bu məsələdə layihənin öncəliyinin gənclərə yol verdiyini, dinlədiyini qeyd etdi. Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankinin çıxışında qızı Kristina Bankini ilə birlikdə Azərbaycan mahnısını ifa etməsi xalqımızın dilinə, dəyərlərinə yüksək hörməti böyük təqdirlə qarşılandı.
Tədbirdə müasir şairlər Kamal Hüseynzadə, Şamil Ənvəroğlu, Mir Kamil Ağazadə, Nicat Fərman, İsmayıl Xanların və klassik şairlərin şeirləri səsləndirildi.
Biri-birindən böyük istedadlı əlilliyi olan və olmayan gənclər birgə səhnəni bölüşdülər. Şeirləri psixoloq Xəyalə Abdullayeva, jurnalist Orxan Əngəlsiz, rəssam, dizayner Aygün İlyasova, Nuray Əliyeva, qiraətçi Rəşad Mikayılzadə, natiqlik təlimçisi Murad Hümbətov, Azərbaycan dili və ədəbiyyat müəllimi Sünay Əhmədzadə, uğurlu tələbələr Zəhra Fərzəliyeva, Həsən Həsənli, Ömər Allahverdiyev, Samara İlkin, Ayxan Quluzadə, Nuray Əliyeva, Əli Cəfərov təqdim etdilər.
Pianoda ifa edərək bəstəkar, müəllim Lalə Şirin səhnədə gənclərə dəstək oldu.
Sevilən istedadlı gənclər Rəvanə Ağamirova, Yeganə Hüseynova, Fərman Məmmədov, Şahin Əlizadə gözəl mahnılar ifa etdilər. Əli Cəfərov (piano), Fərid Abışov və Adəm Qurbanov (tar), Ceyhun Aslanlı (kamança), Loğman Məmmədov (nağara) həm mahnı ifaçılarını, həm də şeir səsləndirənləri canlı musiqi ifalarıyla gözəl şəkildə müşayət etdilər.
FES Academy və Qədim Qala Nəşriyyatı da tədbirə dəstək olaraq iştirak edirdilər.

Tədbirin sonunda təşkilatçılar, şairlər və iştirakçı gənclər səhnəyə dəvət olunaraq alqışlandılar. Poeziya və musiqinin vəhdətində keçən görüş izləyicilər tərəfindən böyük maraqla qarşılandı.













Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR