dini radikalizm və ekstremizmlə mübarizə

Müqəddəs Fahişəlik sindromu, yoxsa məhvə doğru gedən gənclik?


Sosial media platformlarının mənfi tərəfləri olduğu kimi çox üstün avantajlı olduğunuda etiraf etmək gərəkdir. Düşünürəm ki, sosial media istifadəçisi olaraq baxır kim necə və hansı yöndə istifadə etmək istəyir.

Son günlər FB dostluğumda olan Dr. Benjamin Kərimli adlı profilin toxunduğu mövzular diqqətimi çəkirdi. Hər bir oxudugum mövzuda məni narahat edən nüanslarla qarşılaşırdım. Bu günkü qlobal olan problemləri , öz fikir və düşüncələrini qələmi ilə dostluğunda olanlara çatdırmaq istəyi, məhvə doğru gedən cəmiyyəti qurtarmaq çabası açıq aydın hiss olunurdu. Beləcə profili çox diqqətlə izlədim, bir çoxlarının yan keçdiyi, göz yumduğu mövzuları işıqlandıran gəncin həqiqətəndə həkim olduğuna inandım.
Çox sevindirici haldır ki, bu gün məhvə doğru gedən gəncliyi məhz bir gənc xilas etmək üçün cəmiyyəti haraylayır.
Biz də Djb. az (Dünya Jurnalistlər Birliyi) olaraq bu kimi mövzuları oxucuların nəzərinə olduğu kimi çatdırmaqı özümüzə borc bildik.

Müqəddəs faişəlik sondromu

Əgər bu gün istər tv, istər sosial media açıq-saçıqlığı nümayiş etdirirsə, bədənini göstərən qadınların lyuks yaşadığının şahidi oluruqsa bu vəziyyətin günahkarı onlar deyil. Günahkar – o malı ən yüksək qiymətə alan, onlara pul səpələyən sifarişçilərdir. Bəs kimdir o sifarişçilər? Məclisin baş köşəsində əyləşən, əlində badə namusdan, qeyrətdən, milli dəyərlərdən dəm vuran, evdə qızının, gəlininin geyiminə millimetr ölçüsü ilə nəzarət edən həmin o hörmətli şəxslər, həcilər, ağsaqqallar. Həmin o hörmətli şəxslər üçün əxlaq – sadəcə evdəki qadınlar üçün tətbiq edilən bir rejimdir. Çöldə, restoranda, toyda isə onların şüuraltısında yatan o "gizli aclıq", o basdırılmış şəhvət üzə çıxır. Bu, illərlə basdırılmış cinsi aclığın, reallaşmamış fantaziyaların "pul gücünə" təmin edilməsidir. O kişilər üçün "əxlaq" sadəcə öz arvadları və qızları üçün tətbiq edilən həbsxana rejimidir. Xanımın geyimi nə qədər açıqdırsa, plastik əməliyyatları nə qədər qabarıqdırsa, o ağsaqqalın gözləri bir o qədər bərələ qalır. Əgər bu cəmiyyət həqiqətən əxlaqlı olsaydı, həqiqətən sənətə, mədəniyyətə, ifaya qiymət versəydi, bu gün ən çox qazananlar ciddi geyimli, sadəcə səsi ilə var olan sənətkarlar olardı. Amma reallıq nədir? Sənətkarlar qəpik-quruş qazanır. "Bədən nümayiş etdirənlər" isə villalar tikdirir. Bu fakt bir şeyi sübut edir: Cəmiyyət ikiüzlüdür.
O ağsaqqalların, o qeyrətli kişilərin pulları ilə maliyyələşən bu xanımlar sadəcə güzgüdür. O güzgüdə görünən eybəcər, şəhvət düşkünü və riyakar sifət isə – elə o "müasirlik düşməni" olan kütlənin özüdür və cəmiyyət öz güzgüsünü daşlayır. Buna görə də, kimsə durub "müğənnilər əxlaqı pozur" deməsin. Müğənni sadəcə satıcıdır. Əgər alıcı əxlaq istəsəydi, piştaxtada əxlaq olardı. Bu mənzərə göstərir ki, cəmiyyətimizdə əxlaq sadəcə bir maskadır, həqiqi dəyər deyil. Sözdə o müğənniləri linç edib, sonra gizlincə onların "müştərisi" olan o riyakar kütlədir.Müğənniyə əxlaqsız demək asandır. Onu o formaya salan, onu o cür geyinməyə məcbur edən sizin zövqünüzdür, həcilər!

Dr. Benjamin Kərimov

Oxunub: 177
Oxşar xəbərlər
SON XƏBƏRLƏR