dini radikalizm və ekstremizmlə mübarizə

Sinəm qəmxanədir. Şair Gilə Dərya Bayramova.


Ərşə çıxıb yuxularım,
Axı sinəm, qəmxanədir.
Yuxumda da qış görürəm,
Axı sinəm, qəmxanədir.
***
Yaxdım, qədrini bilmədim,
Zamana dəyər vermədim.
Yaxşı, yamanı seçmədim,
Axı sinəm qəmxanədir.
***
Qələmimə sarılmışam,
Eşq oduna, alışmışam.
Sevilməyə, çalışmışam,
Axı sinəm, qəmxanədir.
***
Həyat eşqim sönməyibdir,
Bircə xoş gün, görməyibdir.
Üzüm bir an, gülməyibdir,
Axı sinəm, qəmxanədir.
***
Gilə Dərya, bir ümmandır,
Sinəsi bağlı, zindandır.
Üzüm gülmür, nə zamandır,
Axı sinəm, qəmxanədir


Dünya fırlanır.

Nədəndir, dünyanın dəngəsi düşük,
Dünya ox üstündə fırlanır, durur.
Dünyanın bilinməz sirləri çoxdur,
Dünya ox üstündə fırlanır, durur.

Nə ölçüyə gəlir, nə nişangaha,
Xeyrə yaramaz, yarayır aha.
Binədən insan hey batır günaha,
Dünya ox üstündə fırlanır, durur.

Eşq dolu dünyada olun bənzərsiz,
Ruhunu saf saxla, olma dəyərsiz. Azad eldə yaşa daim zərərsiz,
Dünya ox üstündə fırlanır, durur.

Dünyada yaşamaq deyildir asan,
Dərdin əlindən necə, hara qaçasan?
Rəvadırmı ağa qara qatasan,
Dünya ox üstündə fırlanır, durur.

Namərdi şellənir, mərdi şərlənib,
insan canı, boğazına gəlib.
Bıçaq da sümüyə artıq dirənib,
Dünya ox üstündə fırlanır, durur.

Gilə də həyatdan, bir kam almadı,
Həyat nə çaldısa, ona oynadı.
Baxır ki yaş ötüb, bir şey qalmadı,
Dünya ox üstündə fırlanır, durur.

Oxunub: 32
Oxşar xəbərlər
SON XƏBƏRLƏR