dini radikalizm və ekstremizmlə mübarizə

"Qarabağ" UEFA Gənclər Liqasında Portuqaliya klubuna böyük hesabla məğlub olub

"Qarabağ" UEFA Gənclər Liqasında Portuqaliya klubuna böyük hesabla məğlub olub

Bu gün UEFA Gənclər Liqasının əsas mərhələsi start götürüb.

Azərbaycan təmsilçisi “Qarabağ”ın U-19 komandası Portuqaliya “Benfika”sının müvafiq yaş qrupundan ibarət klubunun qonağı olub.

Lissabondakı "Benfika Kampus” kompleksinin stadionunda təşkil olunan görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 7:1.

“Qartallar”ın heyətində Daniel Qonçalo 4, Miqel Fiqeyredo, Françisko Silva və Stefan bir qol müəllifi olublar.

Ağdam təmsilçisindən yeganə qolu 85-ci dəqiqədə Əli Qazibəyov vurub.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası növbəti oyununu Danimarkanın “Kopenhagen” klubuna qarşı keçirəcək. Oktyabrın 1-də reallaşacaq görüş Bakıda baş tutacaq.

Oxunub: 31
Oxşar xəbərlər
SON XƏBƏRLƏR