İnsan ömrü uzun yolların sükutundakı addımlardan ibarətdir. Bəziləri səssiz gəlib səssiz gedər, bəziləri isə bu torpaqda iz salar, ürəklərdə iz buraxar. Almaz İlahə məhz o nurlu addımlardan biridir – ömrünü ailəsinə, dostlarına, xalqına və işinə candan, könüldən həsr etmiş, vətənin və insanlığın aynasında əks olunmuş bir qadın simvoludur.Onun həyatı sadəcə yaşanmış illərin deyil, yaşadılmış dəyərlərin tarixçəsidir. Almaz İlahə üçün ailə – müqəddəs bir qaladır. Bu qalada o, həm ana, həm sirdaş, həm də güvən simvoludur. Onun sevgisi qoruyar, əlləri yaralar sarar, sözü ruha sığal olar. Övladlarına təkcə həyat yox, həm də həyat dərsi bəxş edən bir ana, ətrafındakı hər bir insana rəhmət dolu baxışlarla yanaşan bir dostdur.
Almaz İlahə dostluğa sadə yanaşmaz – onun dostluğu əhd deməkdir, yanında olmağı, arxada durmağı, ürəklə bölüşməyi ifadə edər. Onun adı çəkiləndə tək bir sima deyil, insanlıq dolu bir tarix göz önünə gəlir – çünki o, dostluğun da, sədaqətin də, əqidənin də daşıyıcısıdır.
Xalqına, torpağına bağlılığı isə onu adi bir qadın yox, bir qəhrəman edir. Özünü tanıtmaq üçün deyil, faydalı olmaq üçün çalışmışdır. Hər işi vətənə bir dua kimi, hər zəhməti gələcək nəsillərə bir ərmağan kimi yaşamışdır. O, təkcə fiziki əməyilə deyil, qəlbi ilə, ruhu ilə, düşüncəsi ilə xidmət göstərmiş, xalqına işıq tutan bir fənər olmuşdur.
İşi isə onun ilahi bir missiyasıdır. Peşəsinə olan sevgisi, çalışqanlığı, dürüstlüyü və fədakarlığı onu həm sevilən, həm də örnək alınan bir insana çevirmişdir. Əldə etdiyi uğurların arxasında böyük əzmkarlıq, vicdan və fədakarlıq dayanır.
Almaz İlahə – adı kimi nadir, özü kimi parlaq, sevgisi kimi təmiz bir insandır. O, ömür kitabının hər səhifəsinə insanlıq yazmış, yaşadığı həyatı başqalarının həyatına işıq tutmaq üçün yaşamışdır.
O, bu torpağın alnına yazılmış nurlu bir qadın imzasıdır.
ALMAZ İLAHƏ – XALQIN QALXANI, QADININ QÜRURUİnsan var adını zaman unudar, insan da var adı zamanın yaddaşına çevrilər. Almaz İlahə məhz belə bir addır – yaddaşlara köçən, könüllərdə taxt quran, xalqı üçün yaşayan bir ömür mücəssəməsi.
Onun həyatı bir bayraq kimi dalğalanır – təmizliyi ilə, dürüstlüyü ilə, zəhməti ilə. Keçmişi necə şərəfli olubsa, bu günkü fəaliyyəti də bir o qədər əzəmətli, xalqına faydalıdır. Bu gün o, sadəcə xatirələrlə deyil, gördüyü işlərlə, yaratdığı körpülərlə, danışdığı hər sözlə, atdığı hər addımla gələcək nəsillərə örnək olur.
Hal-hazırda da Almaz İlahə xalqı adına, milləti adına, Vətən adına yorulmadan fəaliyyət göstərir. Onun qəlbində daşıdığı milli ruh, sözündə əks olunan tarix sevgisi, əməlində görünən vətənpərvərlik onu yaşadan gücdür. O, təkcə şəxsi uğurların deyil, milli dəyərlərin daşıyıcısıdır.
Almaz İlahə, həm də Azərbaycan-Türkiyə qardaşlığının canlı təcəssümüdür. İki dövlət, bir millət ruhunun parlaq daşıyıcısı olaraq, o, bu müqəddəs bağın möhkəmlənməsi üçün könüllü bir elçidir. Onun işlərində, mesajlarında, təşəbbüslərində bu birlik – bu qardaşlıq nəfəs alır. Türkün türklə halallaşdığı, qucaqlaşdığı, bir ürəklə döyündüyü o qardaşlıq ruhu – Almaz İlahənin hər addımında görünür.
Hansı sahədə olursa olsun – ictimai fəaliyyət, maarifçilik, qadınların güclənməsi, mədəniyyətin qorunması və təbliği – Almaz İlahə daim ön sıradadır. Çünki o, sadəcə iştirak etmir, istiqamət göstərir. Sadəcə fikir söyləmir, yol açır. Əqidəsi ilə ilham, əməyi ilə nümunədir.
Onun varlığı – vətən sevgisinin, xalqına bağlılığın, ailə dəyərlərinin və türk qadınının gücünün canlı nümunəsidir. Bu gün onun işıqlı iziylə yürüyənlər çoxdur. O, yol açanlardandır. Yoluna nur tökənlərdəndir.
Almaz İlahə – müdrikliyi ilə ilham verən, duruşu ilə qüvvət, sözü ilə ruh bəxş edən Azərbaycan qadınıdır. O, bu torpağın baş tacı, xalqın qüruru, gələcəyin işığıdır.
İmza:Pərvanə Salmanqızı
Oxunub: 32