28-29 iyun 2025-il tarixdə Bakı şəhərində "Gimnastika hamı üçün" 3-cü Bakı Beynəlxalq "Challenge"keçirilmişdir.
Dənizkənarı Milli Parkda keçirilən tədbir iştirakçı komandaların paradı ilə start götürmüşdür.Komandalar Bakı İdman Sarayından yürüşə başlayaraq orkestrin müşayəti ilə Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən əsas səhnəyə doğru irəliləyiblər.
Şəffaflıq.az xəbər verir ki,yarışda Azərbaycan,Gürcüstan,Monqolustan və Uqan da olmaqla 4 ölkədən 900-dək iştirakçı və 52 komanda mübarizə aparmışdır.Azərbaycanın yarışda iştirakı yalnız paytaxtla məhdudlaşmamışdır.Ölkənin müxtəlif bölgələrindən olan komandalar da yarışda fəal təmsil olunmuşlar.
Festival çərçivəsində iştirakçılar iki yaş kateqoriyasında öz bacarıqlarını nümayiş etdirmişlər.
Tədbir zamanı müxtəlif ustad dərsləri,rəngarəng komandaların yürüşləri,gimnastika üzrə çıxışlar və əyləncə proqramları təşkil olunmuşdur.
Şamaxı gimnastlarından ibarət komanda keçirilən bu "Challenge"də iştirak etmiş və 2-ci yerə layiq görülərək gümüş medal qazanmışlar.
Şamaxı komandasını təmsil edən, Daşdizadə Ayan, İsayeva Ayşə, Xəlilova Fərəh, Əzimli Çiçək, Abbaszadə Şəhla, Fətullayeva İnci, Mansurova Damla və məşqçi müəllimələri Tatyana Belovanı bu uğur münasibətilə təbrik edir və qarşıda onlara daha böyük uğurlar arzu edirik.
Oxunub: 0