dini radikalizm və ekstremizmlə mübarizə

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.

Söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirildi, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Əlaqələrin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub, bu xüsusda Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri və keçirilən səmərəli müzakirələr qeyd olunub.

Qonaq vurğulayıb ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir.

Görüşdə ölkələr arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparılıb, Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.

Oxunub: 1
Oxşar xəbərlər
SON XƏBƏRLƏR