dini radikalizm və ekstremizmlə mübarizə

Ceyhun Bayramov Küveytə səfər edəcək

Ceyhun Bayramov Küveytə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında Birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün aprelin 29-30-da bu ölkəyə səfər edəcək.

Bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Küveytin xarici işlər nazirinin müavini Cərrah Cabər əl-Əhməd əs-Sabahla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Y.Rəfiyev qeyd edib ki, yüksək səviyyəli səfər mübadiləsi ikitərəfli münasibətlərin inkişafı üçün çox vacibdir.

"Biz nazir müavinləri səviyyəsində görüşdük və aprelin 29-30-da ölkəmizin xarici işlər naziri Ceyhun Bayramovun səfəri planlaşdırılır", - nazir müavini bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha Azərbaycana səfərlə bağlı dəvət göndərib:

"Ümid edirik ki, o, bu il Azərbaycana səfər edəcək".

Qeyd edək ki, Azərbaycan və Küveyt arasında Hökumətlərarası Komissiyanın sonuncu iclası 2013-cü il fevralın 14-də Bakı şəhərində keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri xarici işlər naziridir.

Oxunub: 40
Oxşar xəbərlər
SON XƏBƏRLƏR