dini radikalizm və ekstremizmlə mübarizə

Müasir Fransanın reallığı - xarici siyasətdəki səriştəsizlik - ŞƏRH

Müasir Fransanın reallığı - xarici siyasətdəki səriştəsizlik - ŞƏRH


İl təzəcə başlasa da, Fransa prezidenti Emmanuel Makron artıq populyarlığının qalan hissəsini də itirib və bu göstərici 21 %-lik kritik həddə düşüb. "Sarı jiletlilər"in kütləvi etiraz hərəkatı dövründə də fransızların ona verdiyi qiymət 20 % səviyyəsində olmuşdu.

Lakin Fransa küçələrində iğtişaşlar olmasa da, yollar bağlanmasa da, Makronun reytinqi demək olar ki, antirekorda çatıb. Yalnız Fransanın azadlıqsevər əhalisi üçün nadir hal olmayan növbəti etiraz dalğası zamanı nə baş verəcəyini təxmin etmək qalır.

Fransanın daxili siyasətinin ən aşağı səviyyədə olduğunun düşünüldüyü bir vaxtda xarici siyasətdəki böhran da özünü göstərməyə başlayıb.

Son illərdə Fransanın keçmiş müstəmləkələri, o cümlədən Əlcəzairlə münasibətlərinin heç də yaxşı olmadığı sirr deyil. "Dualemn" ləqəbi ilə tanınan bloger Naaman Buale ilə bağlı qalmaqal vəziyyəti daha da gərginləşdirdi.

Bloger "Fransa ərazisində zorakı hərəkətlərə çağırış" ittihamı ilə həbs edilib. Miqrasiya orqanları onu Əlcəzairə deportasiya etmək qərarına gəlsə də, vətəni onu qəbul etməkdən imtina edərək ölkəyə girişinin qadağan edildiyini bildirib. Buna görə də bloger Fransaya geri qaytarılıb.

Fransa keçmiş müstəmləkəsinin bu addımına isterika və açıq təhdidlərlə reaksiya verib. Belə ki, respublikanın daxili işlər naziri Əlcəzairin hərəkətlərində "Fransanı alçaltmaq" cəhdi görüb və bunun "təcavüz aktı" olduğunu bəyan edib. O, həmçinin bildirib ki, əgər Əlcəzair belə siyasət yürütməyə davam edərsə, Fransa "cavab tədbirləri" görməli olacaq.

Bu bəyanatlar istər-istəməz belə bir fikir yaradır ki, Fransa Əlcəzairin suveren siyasət yürütməsinə açıq-aşkar mane olur, çünki müstəqil dövlətin qanunvericiliyinə riayət edilməsinin necə "təcavüz aktı" kimi qəbul oluna biləcəyi aydın deyil.

Belə təəssürat yaranır ki, Paris keçmiş müstəmləkələrin müstəqil siyasətinin istənilən təzahürünü təcavüz kimi qəbul edir. Fransanın bu cür xarici siyasəti çox səciyyəvidir. Xüsusilə blogerin də özünün etiraf etdiyi kimi, o, narkotik asılılığına qarşı dərmanların təsiri altında olub.

Bu cür reaksiya əvvəllər də olub – fransızdilli Afrika ölkələri Parislə hərbi əməkdaşlığı pozanda Makron da onlara hücum edərək, terrorla mübarizədə göstərilən köməyə görə Fransa ordusuna "minnətdarlıq" tələb edirdi.

Lakin Parisin keçmiş müstəmləkələrin müstəqil siyasət yürütmək cəhdlərinə isterik reaksiyası bu günə qədər Fransanın müstəmləkə zülmündən əziyyət çəkən Afrika ölkələrinin öz faktiki müstəqilliklərinə doğru irəliləməsinə mane olmur.

Buna misal olaraq, Fransa öz qoşunlarını qitənin növbəti ölkəsindən, bu dəfə münasibətləri korlamağı bacardığı Çaddan çıxarmağa məcbur olub.

Afrika ölkələri öz ərazilərində Fransa qoşunlarının yerləşdirilməsindən kütləvi şəkildə imtina edir. Fransa hərbçiləri dəfələrlə həddindən artıq güc tətbiq etməkdə ittiham olunublar ki, bu da müxtəlif Afrika ölkələrində mülki əhali arasında tələfata səbəb olub. Onlar həmçinin işgəncələrdə, zorakılıq və özbaşına həbslərdə ittiham olunublar. Fransa hökumətinin bəzi etirafları və üzrxahlıqlarına baxmayaraq, bu hadisələrin bir çoxu lazımi şəkildə araşdırılmayıb və ya günahkarlar cəzalandırılmayıb.

Paris növbəti dəfə "öz gözündə tiri görməyərək" keçmiş müstəmləkələrin uzaqlaşmasına və onunla iş görmək istəməməsinə təəccüblənir və qəzəblənir. Makron və onun nazirlərinin əsəbi reaksiyası göstərir ki, onlar çox güman ki, öz xarici siyasətlərinin iflasa uğradığını dərk edir və keçmiş müttəfiqlərinin ümumi demarşını dayandırmaq cəhdlərində özlərini daha aqressiv aparırlar. Lakin bu, onları Fransadan daha da uzaqlaşdırır.

Böyük dövlətlərdən hansısa birinin psixoaktiv preparatlar qəbul edən blogerə görə keçmiş müstəmləkəsi ilə diplomatik qalmaqal yaratmasını təsəvvür etmək qeyri-mümkün idi, lakin müasir Fransa siyasətinin reallığı belədir.(Report)

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR