Mingəçevir şəhər polis şöbəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Polis əməkdaşları ehtiram əlaməti olaraq Ulu öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Daha sonra Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra böyük tarixi şəxsiyyətin zəngin fəaliyyətinə dair videoçarx nümayiş olunub.
ŞPŞ-nin rəisi,polis polkovniki Ədalət Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyəti boyu milli dəyərləri ilə tanınan, xarici dövlətlər arasında özünə layiqli yer tutan güclü Azərbaycan naminə böyük əzmlə çalışıb və dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə adını dünyada ən nüfuzlu liderlər cərgəsinə daxil edib. O, Heydər Əliyevin həyatını xalqına həsr edərək, cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Azərbaycanı daim inamla irəliyə aparmağa nail olduğunu qeyd edib. Müstəqillik illərində xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri və uzaqgörənliyinin dövlətçiliyimizi qorumağa və xalqımızı böyük bəlalardan xilas etməyə imkan verdiyini bildirib.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 300