Mingəçevirdə “Narkomaniyaya və digər zərərli vərdişlərə qarşı” tədbir keçirildi.
Mingəçevir ŞPŞ-nin təşəbbüsü ilə təhsil müəssisələrində "Narkotikə yox deyək, dini radikalizm və erkən nikahlar,yol hərəkəti qaydaları ilə bağlı” mövzularda maarifləndirmə tədbirləri davam edir.
Bu dəfə şəhərdə yerləşən 14 saylı tam orta məktəbdə keçirilən tədbirdə ŞPŞ rəisi,polis polkovniki Ədalət Əliyev və şöbənin əməkdaşları,məktəbin direktoru və təhsil sektorunun nüməyəndəsi iştirak edib. Məqsəd ölkəmizdə, eləcədə şəhərimizdə günü-gündən narkomaniyanın artmasının qarşısını almaq üçün gənclərlə maarifləndirici tədbirləri gücləndirməkdir. Əvvəlcə şagirdlərə Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub. Daha sonra məktəbin direktoru Ceyhun Atayev məktəb haqqında qısa məlumat verib.
“Narkomaniyaya yox deyək” və digər zərərli vərdişlərə qarşı keçirilən görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib.Bildirib ki,hətta yaxın günlərdə şəhərimizdə gənc yeniyetmə qız uşağı narkotiklə bağlı Abşeron rayonunda saxlanılıb.Məlum olub ki,az yaşlı qızı narkotik vasitə digər pis vərdişlərə də sürükləyib.
Rəis bildirib ki,onların tərəfindən şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Lakin buna baxmayaraq gizli yolla da narkotikdən isitfadə edənlər var və onun acı nəticələri görülməkdədir. Narkomaniya ilə mübarizədə sizlər də polisə dəstək olmalısınız deyə polis rəisi şagirdlərə müraciət edib.
Daha sonra polis əməkdaşları narkomaniyanın törətdiyi fəsadlar barədə
“Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”, “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” və yol hərəkəti qaydaları ilə bağlı mövzularda çıxışlar ediblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 218