dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib


TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Mətanət Əliyeva Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktorunun müavini - baş həkim vəzifəsinə təyin edilib.
Xəstəxananın direktoru Ülfət Qurbanov bu gün baş həkimi kollektivə təqdim edib. Qeyd edək ki, M.Əliyeva 1961-ci ildə Mingəçevir şəhərində anadan olub. O, 1979-1985-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb.
1986-cı ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında əmək fəaliyyətinə başlayıb. 1989-2016-cı illərdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində sahə həkimi, 2017-2018-ci illərdə 1 saylı Ailə Sağlamlıq Mərkəzində ailə həkimi, 2018-2021-ci illərdə 1 saylı Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri, 2021-2024-cü illərdə Ailə Sağlamlıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.

Esmira Hidayətova,Mingəçevir.

Oxunub: 200
Oxşar xəbərlər
SON XƏBƏRLƏR