UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna bu gün yekun vurulacaq.
Günün maraqlı qarşılaşmalarından biri İngiltərədə baş tutacaq.
"Liverpul" doğma meydanda İspaniya təmsilçisi "Real"ı qəbul edəcək. "Yuventus" (İtaliya) isə səfərdə "Aston Villa"nın (İngiltərə) qonağı olacaq. Almaniya təmsilçisi "Borussiya" isə Xorvatiyada "Dinamo" ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
V tur
27 noyabr
21:45. "Srvena Zvezda" (Serbiya) - "Ştutqart" (Almaniya)
21:45. "Şturm" (Avstriya) - "Jirona" (İspaniya)
00:00. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya)
00:00. PSV (Niderland) - "Şaxtyor" (Donetsk, Ukrayna)
00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Borussiya" (Dortmund, Almaniya)
00:00. "Seltik" (Şotlandiya) - "Brügge" (Belçika)
00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya)
00:00. "Aston Villa" (İngiltərə) - "Yuventus" (İtaliya)
00:00. "Bolonya" (İtaliya) - "Lill" (Fransa)
Qeyd edək ki, UEFA Çempionlar Liqasında VI tura dekabrın 10-da start veriləcək.
Oxunub: 27