Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçının təyinatları müəyyənləşib.
Qarşılaşma Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FIFA referisi Nenad Minakoviç idarə edəcək.
Baş hakimin köməkçiləri Nikola Boroviç və Başko Bozoviç olacaq. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.
VAR-da Momçilo Markoviç, AVAR-da Novak Simoviç əyləşəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.
Oxunub: 22