Polis rəisi şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı.
Mingəçevir Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev noyabrın 6-da şəhərdəki 1 saylı tam orta məktəbdə şagirdlərlə görüşüb. Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.
Polis Şöbəsinin rəisi ,polis polkovniki Ədalət Əliyev çıxış edərək son aylarda Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar tədbirləri barədə şagirdləri məlumatlandırıb. Eyni zamanda Ədalət Əliyev şagirdləri sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb, gənclərə daim diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.
Həmçinin yeniyetmələrin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağl Polis Akademiyasında ali hüquq təhsili almağın üstünlükləri, keçirilən təlim-tədris prosesi, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlükləri barədə söhbətlər aparılıb,videoçarx nümayiş olunub, görüş iştirakçılarına ətraflı məlumat verilib.
Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov narkotik vasitələrin qanunsuz dövriyyəsi, psixatrop və güclü təsiredici maddələrin insan sağlamlığına vurduğu fəsadlar barədə danışıb və bildirib: “Narkomaniya qarşı mübarizəyə hamılıqla qoşulmalıyıq ki, bu bəlanın qarşısını alaq. Maarifləndirmə lazımi səviyyədə aparılmadığından ölkədə narkomaniya “cavanlaşır”. Elmir Cavadov belə deyib və əlavə edib ki, bir narkoman ən azı 12-18 nəfəri öz təsiri altına sala bilir”.
Narkoloji Dispanserin həkimi Eldar Mustafayev narkomaniyaya qurşananlarda QİÇS-ə yoluxma ehtimalı, təhsil sektorunun müdiri Sevinc Həsənova isə maarifləndirici tədbirlərin davamlı olması haqda fikirlərini bölüşüblər. Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib
Daha sonra polis əməkdaşları “Dini ekstremizm və radikalizm”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyi” bağlı” mövzularında çıxış ediblər.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 297