dini radikalizm və ekstremizmlə mübarizə

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə maarfləndirici tədbir


Oktyabrın 29-da Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na əsasən Mingəçevir şəhər İcra Hakimiyyətində hazırlanmış tədbirlər planına müvafiq olaraq silsilə tədbirlərin davamı olaraq 9 nömrəli orta məktəbdə görüş keçirilib. “Tərbiyə məqsədi ilə uşaqlara qarşı hər cür zorakılığa mənfi nəticələr haqqında maarifləndirmə tədbirlərini media subyektlərini cəlb etməklə əhatə dairəsinin genişləndirilmısi” mövzusunda keçirilən tədbir diskussiya şəklində aparılıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun salamlarını çatdıran aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev mövzu ilə əlaqədar şəhərimizin təhsil və tərbiyə müəssisələrində maarifləndirici görüşlərin keçirildiyini bildirdi. Görüşdə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Qorxmaz Abbaszadə, media nümayəndələrindən “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, müxbiri Mətanət Məmmədova, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, Esmira Hidayətova, təhsil sektorunun metodisti Aybəniz Hacıyeva, o cümlədən orta məktəblərin tədris işləri üzrə direktor müavinləri, uşaq bağçalarının müəllimləri, psixoloqları, Mənzi təsərrüfatı abadlaşdırma idarəsinin metodisti mövzu ətrafında müzakirılər apardılar. Uşaqların cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında, onların düzgün tərbiyə almasında ailə ilə yanaşı təhsil və tərbiyə müəssisələrinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulandı. Müasir dövrdə medianın rolundan faydalanmağın zəruri olduğu qeyd olundu. Təhsil müəssisələri ilə media arasında əlaqələrin möhkəmləndirilməsinə, birgə maarifləndirici tədbirlərin, görüşlərin keçirilməsinin müsbət nəticələrə yol açacağı xüsusi vurğulandı. Qeyd olundu ki, məktəb, valideyn və media arasındakı qarşılıqlı əlaqələr vətənpərvər, milli-mənəvi dəyərlərimizə hörmət edən gənclərin yetişməsinə öz töhfəsini verəcəkdir.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirildi.

Esmira Hidayətova,Mingəçevir.


Oxunub: 2
Oxşar xəbərlər
SON XƏBƏRLƏR