Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi yaranıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb
Hazırda yolun 6-cı kilometrliyinin sol tərəfindəki yamacın yuxarı hissəsində qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edilib ki, bütün işlər AAYDA, Fövqaladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən koordinasiyalı şəkildə aparılır.
Həmçinin bildirilib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan işlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.