Bakıətrafı ərazilərdə kanalizasiya şəbəkəsinin mərkəzləşdirilmiş sistemə qoşulması üçün investisiya tələb olunur.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakının Baş Planına uyğun olaraq Bakıətrafı ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulma ilə bağlı mərhələli işlər aparılır: “Amma bu işlər investisiya tələb edir. Əgər daxili imkanlar hesabına hansısa layihələri həyata keçirə biliriksə, onları edirik. Lakin böyük layihələr üçün investisiya çatışmazlığı səbəbindən Bakıətrafı ərazilərdə hələ də kanalizasiya şəbəkəsi olmayan yerlər var. Bu ərazilər əsasən Sabunçu və Suraxanı rayonları, Bağlar massivi, Binəqədi rayonunun bəzi hissəsidir. Həmin ərazilərdə mərhələli şəkildə kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində işlər davam etdirilir".
C. Cabbarlı əlavə edib ki, bu ərazilərdə işlərin aparılması üçün hələ ki, xarici maliyyə mənbələrindən investisiya cəlb edilməyib və bunlar, daxili vəsaitlər hesabına həyata
Oxunub: 41