Bu münasibətlə Mingəçevir şəhər Prokurorluğunda tədbir keçirildi. Tədbirə prokurorluq işçiləri ilə yanaşı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, prokurorluq veteranları, hüquq mühafizə orqanlarının rəhbərləri, qonaqlar dəvətli idilər. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla anıblar. Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən şəhər prokuroru Qabil Səfərov respublika prokurorluğunun yaranmasının 106 illiyi münasibəti ilə prokurorluq əməkdaşlarını təbrik edərək, prokurorluğun yaranması və həyata keçirilən tədbirlər haqqında geniş məlumat verdi. Qabil Səfərov qeyd edib ki, bir əsrdən artıq zəngin və şərəfli tarixə malik Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunveriçilik və maddi-sosial bazasının yaradılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasəti, qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur:
˝Respublika prokurorluğu və Baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir˝deməklə prokurorluğa ali səviyyədə ən yüksək qiymət verən Ulu Öndərin ˝Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram˝ şüarı bu gün də hər bir prokurorluq işçisi tərəfindən iftixar hissi ilə yad edilir.
Xüsusi qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına və prokurorluq işçilərinə böyük inam və etimad, diqqət və qayğı göstərilməklə qurumun müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsində təkminləşdirilməsi, fəaliyyətində səmərəliliyin artırılması, maddi-texniki təminatın yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün məqsədyönlü addımlar atılmışdır.
Biz fəxr hissi ilə qeyd edə biləriki biz suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş bir dövlətin vətəndaşlarıyıq, buna görə biz daim Azərbaycanın uluöndəri Heydər Əliyevə və onun layiqçi davamçısı müzəffər ali baş komandanımız İlham Əliyevə dərin minnətdar olmalıyıq. Əminəm ki, biz prokurorluq işçiləri bundan sonra da gündəlik fəaliyyətimizi Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqisinə, cəmiyyətdə formalaşan çağırışlara uyğun yeni keyfiyyət səviyyəsində qurmaqla qanunun aliliyinin təmin olunmasında bütün qüvvələrimizi səfərbər edəciyik.
Bu gün münasibətlə Respublika Baş Prokuroru başda olmaqla bütün prokurorluq əməkdaşlarını,prokurorluğun veteranlarını onların ailə üzvlərini təbrik edirəm, onlara cansağlığı, xidmətinizdə uğurlar arzu edirəm”.
Əlamətdar gün münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək prokurorluq işçilərinin peşə bayramlarını təbrik etdib onlara gələcək işlərində naliyyətlər arzulayıb. Tədbirdə Prokurorun köməkçisi Cahid Qurbanlı
Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevin prokurorluq əməkdaşlarına ünvanladığı təbrik məktubu oxuyub.
Sonda veteran prokurorluq işçilərinə hədiyyələr təqdim olundu.
Esmira Hidayətova,Mingəçevir.
[center]
[/center]
Oxunub: 163