Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Ə.Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək "Şturm” (Avstriya) - "Brügge” (Belçika) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Stüart Attuell olacaq.
Qeyd edək ki, oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən "Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxunub: 33