dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağ Universitetində yen tədris ilinin açılışı olub


Rektoru Şahin Bayramov Qarabağ Universitetində 2024-2025-ci tədris ilinin açılışı ilə bağlı sosial media hesabında paylaşım edib. Paylaşımda deyilir:

Qarabağ Universitetində ilk dərs günüdür!

Açılış mərasimində ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçən Şəhid qardaşlarımızın əziz xatirəsini ehtiramla yad etdik, bu yolda sağlamlığını itirmiş Qazi qardaşlarımıza şəfa dilədik və dövlət himnimizi sonsuz fəxarətlə səsləndirdik!

2024/2025-ci tədris ilinin başlaması münasibətilə professor-müəllim, inzibati-texniki və tələbə heyətimizi təbrik etdik, hər birinə uğurlar arzuladıq!
Möhtərəm Prezidentimizin 20 sentyabr 2024-cü il tarixində Qarabağ Universitetinin açılışında etdiyi proqram xarakterli çıxışdan bəhs etdik, dövlət başçımıza minnətdarlığımızı bildirdik, qarşımıza qoyulan strateji vəzifələri diqqətə çatdırdıq!

İşğaldan azad edilmiş torpaqlarımızda fəaliyyətə başlayan ilk ali təhsil müəssisəsi olan Qarabağ Universitetində tədris prosesinə start verilməsinin fəxarətini yaşayırıq!



Oxunub: 55
Oxşar xəbərlər
SON XƏBƏRLƏR