dini radikalizm və ekstremizmlə mübarizə

KİV: Ukrayna Baş Kəşfiyyat İdarəsinin xakerləri iki Rusiya bankının saytına kiberhücum həyata keçirib

KİV: Ukrayna Baş Kəşfiyyat İdarəsinin xakerləri iki Rusiya bankının saytına kiberhücum həyata keçirib

“Rosselxozbank” və “Moskva Kredit Bankı” xaker hücumuna məruz qalıb. Hücumları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) kibermütəxəssisləri həyata keçirib.

Bu barədə "RBC-Ukrayna"ya xüsusi xidmət orqanlarındakı mənbələr bildiriblər.

Məlumata görə, saytların işi pozulub, onlayn bank xidmətlərinə çıxış yoxdur, mobil proqramlar işləmir.

Eyni zamanda bankların texniki xidmətləri hələlik servislərin stabil fəaliyyətinin nə vaxt bərpa olunacağını təxmini müəyyən edə bilmir.

Mənbələr Rusiyanın maliyyə sisteminin son rusiyalı hərbçinin Ukrayna ərazisini tərk etməsinə qədər zərbələrə tab gətirəcəyini qeyd ediblər.

Bu yaxınlarda BKİ kibermütəxəssisləri Rusiyanın ən böyük banklarına, xüsusən də “Bank Russia”, “Tinkoff Bank”, “Gas Bank” və s. hücum ediblər.

Oxunub: 49
Oxşar xəbərlər
SON XƏBƏRLƏR