ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) iştirakçı ölkələrdən Azərbaycanda növbədənkənar parlament seçkiləri üçün 300-dən çox müşahidəçi istəyib.
Bu barədə diplomatik mənbələrdən bildirilib.
Məlumata görə, uzunmüddətli missiyası üçün 30, qısamüddətli missiya üçün 280 müşahidəçi istənilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.(“Report”)
Oxunub: 76