Mingəçevir su anbarında boğulan şəxsin kimliyi məlum olub.
Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Ramiz Kazımov ailəsi ilə birgə Mingəçevirə istirahətə gedib, su anbarında çimərkən boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Mingəçevir su anbarında çimən şəxs boğulub.
Öz ailəsi ilə birgə istirahətə gedən şəxs Mingəçevir su anbarında çimərkən batıb.
Onun meyti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 124