dini radikalizm və ekstremizmlə mübarizə

Prezidentdən Merihlə bağlı paylaşım - “Cəza ədalətsizdir”

Prezidentdən Merihlə bağlı paylaşım - “Cəza ədalətsizdir”

“Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm”.

Bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşımında deyilir.

“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Avropa Çempionatının 1/8 final mərhələsində “bozqurd” işarəsi tutan Türkiyə millisinin futbolçusu Merih Demiral 2 oyunluq cəza alıb. Bununla da, M.Demiral 1/4 final mərhələsində oynaya bilməyəcək.

Oxunub: 89
Oxşar xəbərlər
SON XƏBƏRLƏR