Bakıda faciəli hadisə baş verib.
Hadisə bir neçə gün əvvəl paytaxtın Zirə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Əkbər Kənan oğlu Əliyev yaşadığı evin həyətində məişət tullantılarını yandırarkən ehtiyatsızlıqdan ocağa yıxılıb.
Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Əliyev orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 141