dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə Qarabağ Universitetinin təbliğat ilə bağlı görüş keçirilib


İyunun 13-də Mərkəzi Aran Regional Təhsil İdarəsində Xankəndi şəhərində yaradılmış Qarabağ Universitetinin təbliğat ilə bağlı görüş keçirilib.
Görüş Azərbaycan Respublikasının Dövlət Himnininin səsləndirilməsi və vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov,Mingəçevir təhsil sektorunun əməkdaşları, Mingəçevir ümumi təhsil müəssisələrinin rəhbərləri və şagirdlər iştirak edib.
Əvvəlcə görüşdə çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov görüşün keçirilməsinin məqsədini açıqlayıb. Vurğulayıb ki, işğaldan azad edilən ərazilərdə yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən Qarabağ Universitetinin yaradılması Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq.
Söz (bu cümlələri böyük fəxarət hissi ilə yazıram,çünki bizlər bu kimi hadisələrin 30 il həsrətini çəkmişik) Qarabağ Universitetinin rektoru Şahin Bayramova verilir. Rektor Qarabağ Universitetinin yaradılmasının və fəaliyyətə başlamasının yaratdığı qürur hissləri, qarşıya qoyulan əsas vəzifələr, tələbə qəbulu aparılacaq ixtisaslar, ən müasir infrastruktura və laboratoriya bazasına malik olacaq universitetin vəd etdiyi imkanlar, tələbə təqaüdləri, ödənişsiz əsaslarla təqdim olunacaq mənzil tipli yataqxana, startap və könüllülük fəaliyyətləri, beynəlxalq əməkdaşlıq və digər məsələlər barədə ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox önəmli addımlarından biridir.
Sonda Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.
Görüşün sonunda şagirdlər öz ürək sözləri ilə çıxış edib onları maraqlandıran sualları ünvanlayıblar. Onların suallarına aydınlıq gətirilib.Görüş maraqlı və yadda qalan anlarla başa çatıb.


Esmira Hidayətova,Mingəçevir








Oxunub: 32
Oxşar xəbərlər
SON XƏBƏRLƏR