dini radikalizm və ekstremizmlə mübarizə

Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüb


Ombudsman nümayəndələri Suriyadan Azərbaycana repatriasiya edilən şəxslərlə görüşüb.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, Ombudsman nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüşərək, onlara göstərilən sosial xidmətlə yerində tanış olub, hüquqlarının təmini vəziyyətini araşdırıblar.

Repatriantlarla görüş zamanı onların sosial-psixoloji vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.

Qeyd edilib ki, Ombudsmanın nümayəndələrinə müəssisə rəhbəri və əməkdaşları tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Oxunub: 55
Oxşar xəbərlər
SON XƏBƏRLƏR