dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Dövlət Universitetində rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov sosial media hesabında paylaşım edib


Mingəçevir Dövlət Universitetində rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov sosial media hesabında paylaşım edib. Paylaşımda deyilir:
Azərbaycan Respublikası elm və təhsil naziri Cənab Emin Əmrullayevin müvafiq əmrləri ilə Mingəçevir Dövlət Universitetinin (MDU) tədris məsələləri üzrə prorektoru və eyni zamanda rektor vəzifəsini müvəqqəti icra edən olaraq təyin olunduq.
Bu təyinatın mənə və MDU-ya göstərilən böyük etimadın bir təzahürü kimi qəbul edir və ilk növbədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Ulu Öndər Heydər Əliyev irsinə məhəbbətin mərkəzinə çevrilən MDU-da gənclərin Azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə olunması əsas hədəfimizdir.
Müasir dövrün universitetinə çevrilməkdə olan ali təhsil ocağının qarşısına qoyulan hədəf və məqsədlərə çatması yolunda MDU ailəsinin birlik olacağına, bizə göstərilən etimadı doğrulacağımıza əminəm.
“Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”na uyğun olaraq universitet öz missiyasını layiqli şəkildə yerinə yetirməyə və müəyyən etdiyi vizyonu reallaşdırmağa davam edəcəkdir.


Üzeyir Zeynalov
Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən

Oxunub: 317
Oxşar xəbərlər
SON XƏBƏRLƏR