Bu gün onlar çox xoşbəxt görünürdülər.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov,şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri,Mingəçevir Mərkəzi xəstəxananın rəhbərləri hər il olduğu kimi bu ildə valideyin himayəsindən məhrum olmuş uşaqları sevindiriblər. Qeyd edək ki,bayram tədbirlərində daha çox sevinən də elə onlar olur. Bu kimi təşəbbüslər fiziki məhdudiyyətli insanların daim diqqət mərkəzində saxlamaq və onlara daim qayğı göstərmək onların tipik insanlardan heç bir fərqi olmadığını aşılamaq üçün böyük fürsətdir. Ailədən, ata-anadan, sevgidən məhrum olan uşaq evinin daimi sakinləri əlamətdar günlər zamanı daha cox yada düşür, xatırlanırlar. Bayram günlərində idarə, müəssisə və təhsil ocaqları onları yada salır. Beləcə, onlar da ömürlərinin ən xoşbəxt anlarını bu vaxtlarda yaşayırlar. Bu gün də onlar çox xoşbəxt görünürdülər. Çünki hamı onları ziyarət edirdi. Şəhər rəhbəri İlham İsmayılov öz çıxışında onlara bayram təbriklərini çatdırıblar. Onlar üçün gətirdikləri bayram sovqatını təqdim ediblər.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 160