Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünün və struktur bölmələrinin 2023-2025-ci illər üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.
Qalib şirkətə 247,8 min manat ödəniləcək.
Oxunub: 112