dini radikalizm və ekstremizmlə mübarizə

Berbok Almaniya MN-nin Ukraynaya yardımı artırmaq çağırışını dəstəkləyib


Almaniyanın xarici işlər naziri Annalena Berbok Almaniya Müdafiə Nazirliyinin cari maliyyə ilində Ukraynaya yardımı 3,8 milyard avro artırmaq çağırışını dəstəkləyib.

Bu barədə Qərbi Avropa ölkəsinin baş diplomatı “Bild” qəzetinə müsahibəsində söyləyib.

“Mən bu məsələdə müdafiə naziri ilə tamamilə razıyam və təkcə onunla deyil, həm də daxili işlər naziri ilə razıyam”, – Berbok müvafiq suala cavabında bildirib.

“Bizə təhlükəsizlik üçün büdcə lazımdır”, – o vurğulayıb. Nazir öz mövqeyini Avropada təhlükəsizlik vəziyyətinin dəyişməsi ilə əsaslandırıb.

“Belə bir müstəsna vəziyyətdə, fikrimcə, istisna büdcədə müvafiq olaraq öz əksini tapmalıdır”, – XİN başçısı qeyd edib. Bu, onun fikrincə, “xeyli pul” tələb edir.

Xatırladaq ki, ötən gün Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynada səfərdə olub.

Oxunub: 37
Oxşar xəbərlər
SON XƏBƏRLƏR