dini radikalizm və ekstremizmlə mübarizə

Hacı Bayram Veli Universiteti Mingəçevir Dövlət Universiteti üçün növbəti kitab hədiyyələri bağışlamışdır


Qardaş Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində fəaliyyət göstərən Hacı Bayram Veli Universiteti Mingəçevir Dövlət Universiteti üçün növbəti kitab hədiyyələri bağışlamışdır.
Türkiyədə turizm təhsili üzrə qabaqcıl ali təhsil müəssislərindən biri hesab olunan AHBVÜ MDU-da Turizm fakültəsinin qurulmasına, turizm ixtisaslarında tədrisin məzmununun təkmilləşdirilməsinə və turizm sahəsində tədqiqat fəaliyyətinin gücləndirilməsinə davamlı dəstək göstərir.
Universitetin rektoru Şahin Bayramov əməkdaşlığa və dəstəyə görə AHBVÜ-nin rektoru, Prof. Dr. Mehmet Naci BOSTANCI-ya, Turizm Fakültəsinin dekanı, Prof. Dr. İrfan YAZICIOĞLU-na və AHBVÜ-nin MDU-da fəaliyyət göstərən qonaq professoru Prof. Dr. Evren GÜÇER-ə, eləcə də AHBVÜ İktisadi Ve İdari Bilimler Fakültesi İşletme Bölüm Başkanı Prof. Dr. Cihan TANRıÖVEN-ə və Öğretim üyesi Prof. Dr. Metehan TOLON-a təşəkkürlüyünü bildirib.
Rektor Şahin Bayramov "Əməkdaş, tələbə, magistrant və məzunlarımızı AHBVÜ-dən göndərilən kitablardan faydalanmağa çağırırıq!"-deyə sosial media hesabında paylaşım edib.

Oxunub: 76
Oxşar xəbərlər
SON XƏBƏRLƏR