dini radikalizm və ekstremizmlə mübarizə

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 101-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB


“Zəfər Yolu”Müharibə İştirakçılarına Və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin və Dünya Afşarlar Dərnəyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zefernews.az xəbər verir ki,
Dövlət himninin səsləndirilməsi ilə başlanılan Tədbirdə Prezident Administrasiyasının nümayəndəsi, Şəhid Ailələri, Müharibə İştirakçıları, Milli Elimlər Akademiyasının alimləri , İctimai xadimlər, təhsil,səhiyyə, mədəniyyət işçiləri, mətbuat nümayəndələri ,”Yaşat Fondunun”əməkdaşı, Azərbaycan ,Qardaş Türkiyədən iş adamları iştirak ediblər.

Çıxış edən qonaqlar Dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında, Elm, Təhsil, Mədəniyyət xadimlərinə göstərdiyi diqqət
və qayğıdan danışıblar.

Sonra İştirakçılara Koşulsuz Sevgi Dərnəyinin ”Uluslararası Barış Elçisi” mükafatı və “Bella” şirkətinin hədiyyələri təqdim olunub.

Tədbirin bədii hissəsi Respublikanın Xalq artisti Nazpəri Dostəliyevanın “Azərbaycanım” və “Azad” rəqs qrupunun möhtəşəm musiqi nömrələri ilə davam edib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir xoş ovqatla başa çatıb.

Qeyd edək ki, Möhtəşəm tədbiri Neftçala rayon Təhsil şöbəsinin keçmiş rəhbəri,*Əməkdar Müəllim* Salman Abdullayev və “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri,Dünya Avşarlar Dərnəyinin Azərbaycan üzrə rəhbəri Pərvanə Salmanqızı Abdullayeva idarə ediblər.









































Oxunub: 296
Oxşar xəbərlər
SON XƏBƏRLƏR