dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov "Zəfərin 4 anı " tədbirinin qonağı olub


Azərbaycan xalqının zəfərə gedən yolu 2016-cı ildə 4 günlük aprel döyüşlərindən başlayır. Məhz həmin müharibədə bir neçə yüksəklik və kəndlər işğaldan azad olunmuşdur. Aprel döyüşlərində Azərbaycan ordusu 2000 hektardan artıq ərazini düşmən tapdağından azad edərək, azadlığa gedən ilk uğurlu əməliyyatlarını icra etmişdir. 4 günlük müharibədə Azərbaycan ordusunun 100 nəfərə yaxın hərbçisi şəhid olaraq şəhidlik zirvəsinə ucalmışdır. Aprel döyüşlərinin il dönümü Respublikanın bütün bölgələrində hər il qeyd olunur. Bu səbəbdən aprel döyüşlərinin polkovniki şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc xanım Orucovanın rəhbərlik etdiyi "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında “Zəfərin 4 anı” adlı tədbir təşkil olunub.
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Sevinc xanım Orucovanın dəvəti ilə tədbirdə iştirak edib.
Yüksək peşəkarlıq və mükəmməl təşkilatçılıqla hazırlanmış tədbirin rəsmi və bədii hissələri qonaqları təsirləndirdi.
Rektor Şahin Bayramov Sevinc xanıma və tədbirin tərəfdaşlarına təşəkkür edib.
Allah bütün ŞƏHİD qardaşlarımıza rəhmət eləsin!


Oxunub: 169
Oxşar xəbərlər
SON XƏBƏRLƏR