dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanda iqtidar qalmaqallı "xarici agent" qanununu yenidən gündəmə gətirir



Gürcüstan hakimiyyəti parlamentdə yenidən xarici agentlər haqqında qanun layihəsini irəli sürməyə hazırlaşır.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə brifinqdə hakim “Gürcü Arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

Xatırladaq ki, ötən ilin martında qanun layihəsi gündəmə gəldiyi vaxt bu, genişmiqyaslı etirazlara səbəb olmuşdu. Nəticədə hakimiyyət geri addım atmışdı.

“Cəmiyyət bu qanunda nə yazıldığını bilməlidir, burada yeganə tələb ildə bir dəfə bəyannamə doldurmaq, xaricdən maliyyə alan təşkilatın maliyyə hesabatını dərc etməkdir, onun pozulmasına görə müəyyən cərimələr nəzərdə tutulur”, - deyə Mamuka Mdinaradze deyib.

Oxunub: 36
Oxşar xəbərlər
SON XƏBƏRLƏR