dini radikalizm və ekstremizmlə mübarizə

Tayvan Çinin yardım təklifindən imtina edib


Tayvan adasını idarə edənlər Çinin yardım təklifindən imtina edərək bunu vacib saymadıqlarını bildiriblər.

Bu barədə Tayvanın Çin üzrə komitəsinin açıqlamasında vurğulanıb.

Məlumata görə, komitə Çinə diqqətinə görə minnətdarlığını ifadə edərək qeyd edib ki, zəlzələdən sonra materikdən yardıma ehtiyac yoxdur.

İnformasiyaya əsasən, Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin rəsmi nümayəndəsi Çju Fenlian bildirmişdi ki, Çinin mərkəzi hökuməti vəziyyəti izləyir və adaya yardım göstərməyə hazırdır.

Qeyd edək ki, Tayvan adası tanınmır. Beynəlxalq güclər onu Çinin tərkib hissəsi sayır.

Xatırladaq ki, aprelin 3-də Tayvanın şərq sahillərində baş verən 7,2 maqnitudalı zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.

Oxunub: 49
Oxşar xəbərlər
SON XƏBƏRLƏR