dini radikalizm və ekstremizmlə mübarizə

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir


 
İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola 2025-ci ildə postunu tərk etmək istəyir.

53 yaşlı ispaniyalının müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.

O, komandanı tərk etmək və məşqçilik karyerasına fasilə vermək istəyir. Mütəxəssis 2016-cı ildən "şəhərlilər"ə rəhbərlik edir.

Mançester təmsilçisi Qvardiolanın rəhbərliyi altında 5 dəfə İngiltərə çempionu olub, 2 dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. Ötən mövsüm isə komanda tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, “Mançester Siti” 28 turdan sonra İngiltərə Premyer Liqasında 63 xalla üçüncüdür. Komanda “Arsenal” və “Liverpul”dan 1 xal geri qalır.("Report" )

Oxunub: 47
Oxşar xəbərlər
SON XƏBƏRLƏR