dini radikalizm və ekstremizmlə mübarizə

Qərbdən Rusiyadakı seçkilərə REAKSİYALAR



Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiya prezidenti Vladimir Putini seçkilərdəki qələbəsi münasibətilə “təbrik edib”.

Bu barədə Mişel Rusiya prezident seçkiləri ilə bağlı paylaşımında yazıb:

"Bu gün başlayacaq seçkilərdə Vladimir Putini qələbə münasibətilə təbrik etmək istərdim. Müxalifət yoxdur. Azadlıq yoxdur. Seçim yoxdur".

Avropa İttifaqı və NATO-dan olan digər siyasətçilər də seçkilərə şübhə ilə yanaşıblar. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borelin sözçüsü bildirib ki, müasir Rusiyada azad, ədalətli və demokratik səsverməni təsəvvür etmək çətindir.

NATO-nun baş katibi Yens Stoltenberq isə daha sərt danışıb: "Rusiyada seçkilər azad və ədalətli olmayacaq. Biz bilirik ki, müxalifət siyasətçiləri həbsdədir, digərləri öldürülüb, bir çoxu isə mühacirətdədir".

Xatırladaq ki, prezident seçkiləri bu gün başlayıb və martın 17-dək davam edəcək.

Oxunub: 75
Oxşar xəbərlər
SON XƏBƏRLƏR