dini radikalizm və ekstremizmlə mübarizə

Sevgilisi ilə birlikdə xanımını döyən həkim işdən çıxarıldı

Sevgilisi ilə birlikdə xanımını döyən həkim işdən çıxarıldı


Bakıda sevgilisi ilə birlikdə həyat yoldaşını döyən tanınmış həkim-onkoloq İbrahim Əsədli çalışdığı “Loğmed” klinikasında işdən çıxarılıb.

Bu barədə “Loğmed”dən məlumat verilib. Bildirilib ki, həkim sözügedən qalmaqaldan sonra klinikada işləmir.

Xatırladaq ki, İbrahim Əsədli bir müddət əvvəl iş yerində Aynur adlı sevgilisi ilə birlikdə həyat yoldaşı Aynur Əsədlini döyməkdə ittiham olunurdu. İddia olunur ki, fevralın 27-də İ. Əsədli sevgilisi ilə iş otağında olarkən həyat yoldaşı həkimin otağına gəlib. Bu vaxt onların arasında mübahisə yaranıb. Mübahisə “Loğmed” klinikasının həyətində də davam edib. Nəticədə Əsədli qeyri-rəsmi münasibətdə olduğu qadınla birlikdə həyat yoldaşına qarşı şiddət göstərib. Zərərçəkmiş A.Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.

Hadisə nəticəsində xəsarət alan Aynur Əsədli də həkimdir. O, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.(“Qafqazinfo”)

Oxunub: 42
Oxşar xəbərlər
SON XƏBƏRLƏR