dini radikalizm və ekstremizmlə mübarizə

III Antalya Forumu dünyanı təqib edən təhlükələrdən xilas yolu aradı


Dünyanın belə gərgin məqamında münasibətlərin müharibələr yolu ilə deyil, diplomatik danışıqlar vasitəsilə problemlərin çözülməsi çox zəruridir. Məhz münasibətlərin bu qədər gərginləşdiyi dövrdə III Antalya Diplomatiya Forumunun keçirildi. Türkiyənin ev sahibliyi ilə təşkil olunan foruma 148 ölkədən 4700 nəfər qatılmışdı. Ola bilər bu rəqəmlərdə bir az qeyri dəqiqlik olsun. Tədbirin miqyasına, aparılan müzakirələrin zəruriliyinə nəzər salanda bir daha dünyanın hansı təlatümlərlə üzləşdiyi aydın görünür. Media vasitəsilə forum iştirakçılarının çıxışlarına diqqət etdikdə, bu qənaətə gəlmək olar ki, müxtəlif ölkələrdən olan iştirakçılar dərinləşən gərginliklərin, davam edən münaqişələrin yaratdığı fəlakətlərin fərqindədirlər.
Qardaş Türkiyə belə möhtəşəm tədbiri təşkil etməklə hər kəsə bir daha bəyan etmiş oldu ki, planetin hər bir sakini eyni gəminin sərnişinləridir. Bu gəmini dağıtmaq, məhv etmək əvəzinə onu qorumaq lazımdır. Gerçəkdən hazırkı məqamda Azərbaycanın və Türkiyənin ortaya qoyduğu iqtisadi əməkdaşlıq mexanizmi regiona sabitlik, inkişaf gətirə bilər. Diplomatiyanın da mahiyyətində o durur ki, bu konteksdən çıxış edərək silahlanmaya deyil, sabitliyə, iqtisadi inkişafa nail olmaq öndə olmalıdır.
Bu gün Fransa və digər dövlətlər tərəfindən Ermənistanın silahlandırılması regionda və dünyada sabitliyi əlçatmaz edir. Yeni münaqişə ocağının yaranmasına rəvac verir. Demokratiyadan yekə-yekə danışan Qərb silahlanmanın ağır nəticələrini düşünməlidir. III Antalya Forumunda bu və digər məqamlarla bağlı, dünyanı təqib edən təhlükələrdən xilas yolunun tapılması üçün müzakirələr aparılıb. Müxtəlif ölkələrdən foruma qatılan qonaqların çıxışı sabitlik, sülhə çağırış, iqtisadi inkişaf istiqamətləri, əməkdaşlıq və s. mövzuları əhatə etmişdi. Güman etmək olar ki, belə mötəbər toplantıların effekti olacaq. Siyasi dairələr reallığı dərk edib nəticə çıxaracaqlar.

Əkrəm Bəydəmirli

Oxunub: 118
Oxşar xəbərlər
SON XƏBƏRLƏR