dini radikalizm və ekstremizmlə mübarizə

Mbappe açıqladı: "Real"la müqavilə imzalayıb?


PSJ-nin hücumçusu Kilian Mbappe Yelisey sarayındakı rəsmi şam yeməyində mövsümün sonunda "Real"a keçməyə razı olduğu barədə yayılan informasiyaları təkzib edib.

Bu barədə RMC məlumat yayıb.

Tədbir Qətər Əmiri Təmim bin Həməd Al Taninin Fransaya dövlət səfəri münasibətilə ötən axşam təşkil olunub. Ziyafətdə Mbappe Fransa prezidenti Emmanuel Makron və digər qonaqlarla danışıb.

Söhbət mövzularından biri də Mbappenin karyerası olub. Futbolçu növbəti mövsümü hansı komanda ilə keçirəcəyini açıqlamasa da, Madrid klubu ilə müqavilənin mövcudluğunu inkar edib.

Qeyd edək ki, 25 yaşlı futbolçunun PSJ ilə sözləşməsi mövsümün sonunda başa çatır.

Oxunub: 66
Oxşar xəbərlər
SON XƏBƏRLƏR