dini radikalizm və ekstremizmlə mübarizə

Peskovdan Putinin Türkiyə səfəri barədə yeni AÇIQLAMA


Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri zamanı ticarət-iqtisadi əlaqələrin bütün nüansları müzakirə olunacaq.

Bunu fevralın 6-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Türkiyə bu sahədə mühüm tərəfdaşdır”,- Rusiya prezidentinin mətbuat katibi əlavə edib.

"Ticarət-iqtisadi əlaqələr bütün ölçülərdə müzakirə olunacaq. Türkiyə bizim mühüm ticarət və iqtisadi tərəfdaşımızdır və təbii ki, bu əlaqələrin bütün nüansları gündəmdə olacaq”, - deyən Peskov jurnalistlərə Putinin Türkiyəyə səfəri zamanı ABŞ-ın sanksiyaları səbəbindən iki ölkə arasında nizamlanma problemlərinin müzakirə olunub-olunmayacağı və hər hansı konkret razılaşmanın əldə olunmasının mümkünlüyü barədə suala cavab verib.

Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək.

Oxunub: 120
Oxşar xəbərlər
SON XƏBƏRLƏR