dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanla bağlı vəziyyət Avropa Şurasına fayda gətirməyəcək


İndi çox vacib bir vaxtdayıq. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır. Bu regionda sülhə nail olmaq hər iki xalq, eləcə də bütün dünya üçün vacibdir. Belə bir həssas dövrdə sülh prosesini zədələyə biləcək heç nə etməməliyik, əksinə, bu istiqamətdə hər iki tərəfə dəstək olmalıyıq.

Bu fikirləri açıqlamasında AŞPA-dakı Ukrayna nümayəndə heyətinin üzvü Oleksii Qonçarenko deyib.

Avropa Şurasında hər bir üzv ölkə üçün mübarizə aparmalıyıq. Başqa cür hərəkət edə bilmərik. Avropa Şurası Parlament Assambleyası yaranmış bu vəziyyətdən bəhrələnə bilməz

O bildirib ki, bu təşkilata üzv ölkələrin nümayəndələri birlikdə olmalıdırlar. Azərbaycan da bu ailənin üzvüdür.

“Dünən bu təşkilatda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı baş verənlərə təəssüflənirəm. Ümid edirəm ki, Azərbaycan nümayəndə heyəti yenidən AŞPA-ya gələcək. İnanıram ki, hər iki tərəf - Azərbaycan və AŞPA qarşılıqlı addımlar atacaq və bu vəziyyət həllini tapacaq. Bundan sonra da bu Assambleyada, eləcə də, ümumiyyətlə, azərbaycanlı həmkarlarımla birgə işləmək istəyirəm”, - deyə O. Qonçarenko əlavə edib. O vurğulayıb ki, AŞPA-da yaranmış bu vəziyyət Avropa Şurasına fayda gətirməyəcək. Azərbaycan bu ailənin üzvü kimi təşkilatda olmalıdır.(AZƏRTAC)

Oxunub: 169
Oxşar xəbərlər
SON XƏBƏRLƏR