Bəlkə də Fransa istisna olmaqla, bütün xarici oyunçuların ümumi yanaşması var: regiondakı problemlər Ermənistanın hesabına həll edilməlidir. İndi beynəlxalq aktorlar arasında əsas mübahisə nizamlanmaya kimin vasitəçilik edəcəyi ilə bağlıdır.
Bunu erməni politoloq Hrant Mikaelyan deyib.
“Hazırda Ermənistanın özü kənara çəkildiyi üçün hər şey Türkiyə və Azərbaycandan asılıdır. Bu səbəbdən də Rusiya Türkiyə ilə birbaşa danışıqlar aparır. Qərb də bölgədəki vəziyyətlə bağlı Türkiyə ilə danışıqlar aparır. Bununla yanaşı, görürük ki, Bakı Fransaya qarşı kifayət qədər kobud davranır, Paris də öz növbəsində İrəvana “kiçik” də ols,a üstünlüklər verməklə müəyyən “balans” yaratmağa çalışır. İndiki mərhələdə harada sülh müqaviləsi bağlansa, Türkiyə-Azərbaycan müttəfiqliyi bundan faydalanacaq. Lakin burada problem təkcə vasitəçilərlə deyil, ilk növbədə İrəvanın özünün mövqeyindədir. Tez-tez görürük ki, Azərbaycan konkret məsələ ilə bağlı tələblərini göndərir, müəyyən müddətdən sonra Ermənistan bu tələbləri yerinə yetirir. Məsələn, Ermənistanın özü “artsaxı” Azərbaycanın bir hissəsi kimi tanıdığı halda, nə ABŞ, nə Fransa, nə də Rusiya istəsələr belə, heç nə edə bilməz. Əslində İrəvanın irəli sürdüyü sülh gündəmi, o cümlədən “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) təşəbbüsü Türkiyə və Azərbaycanın maraqlarından yanadır. Türkiyədən dəfələrlə Paşinyanın açılmasına müsbət yanaşdığı barədə bəyanatlar eşitmişik. Zəngəzur dəhlizi və bu bəyanatlar Ermənistanda rəsmi səviyyədə təkzib olunmadı. Təqdim olunan xəritəyə baxsanız, məlum olar ki, Türkiyə və Azərbaycanla çoxsaylı keçid məntəqələri açılır və bu layihənin əsas istiqaməti Qərb-Şərq dəhlizinə xidmət göstərməkdir”, - o bildirib.(Axar)
Oxunub: 183