Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda 6,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumatda episentri Vanuatunun paytaxtı Port-Vila şəhərindən 43 kilometr cənub-qərbdə meydana gələn 6,3 bal gücündə zəlzələnin 37 kilometr dərinlikdə qeydə alındığını bildirilir.
Zəlzələdə can və ya mal itkisi ilə bağlı açıqlama verilməyib.
Oxunub: 365